Şotlandiya millisinin baş məşqçisi Stiv Klark Neymarın 2026-cı il dünya çempionatında Braziliya ilə qrup mərhələsinin son oyununda meydana çıxa biləcəyi ehtimalı ilə bağlı komandasını xəbərdar edib.
İdman.Biz bildirir ki, C qrupunda çıxış edəb Braziliya və Şotlandiya iyunun 25-də Mayamidə qarşılaşacaqlar.
“Onun keyfiyyəti danılmazdır. O, müasir dövrün superulduzlarından biridir. Çox təhlükəli rəqib gözləyə bilərik, amma Braziliya və bir çox digər təhlükəli rəqiblər haqqında uzun-uzadı danışa bilərəm. Neymar onlardan sadəcə biridir. Hətta əvəzedici kimi meydana çıxsa belə, o, komandaya özünəinam verərdi, çünki o, əsl ikondur”, - deyə “The Guardian” qəzeti Klarkın sözlərini sitat gətirir.
İki oyundan sonra Braziliyanın 4, Şotlandiyanın isə 3 xalı var.
