“Atletiko Madrid”in azarkeşləri birliyi klubdan ayrılmaq istədiyini bildirən hücumçu Xulian Alvaresi tənqid edib.
İdman.Biz bildirir ki, argentinalı hücumçu DÇ-2026-da Avstriya üzərində 2:0 hesablı qələbədən sonra verdiyi müsahibədə “Atletiko Madrid”dən ayrılmaq istədiyini bildirib və bunun hər kəs üçün ən yaxşı olacağını iddia edib.
“Barselona”nın isə Alvaresə maraq göstərdiyi bildirilir.
“Xulian beyni daşdan daha az olan ərköyün uşaqdır və Kurtua və ya Uqo Sançes kimi bir satqındır. İndi ona layiq olduğu kimi davranılmalıdır: ya sərbəst buraxılma bəndini ödəyəcək, ya da ehtiyat oyunçular skamyasına göndəriləcək. Ümid edək ki, “Apollo Global” (“Atletiko Madrid”in sahibləri - red.) onu yerində oturdacaq, əks halda özümüzü ikiqat xəyanətə uğramış hiss edəcəyik”, - azarkeşlər sosial mediada bildiriblər.
