Türkiyənin “Qalatasaray” klubu “Napoli” və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne ilə müqavilə imzalamağı düşünür.
İdman.Biz-in “Ajansspor”a istinadən məlumatına görə, 34 yaşlı futbolçu agentlər vasitəsilə İstanbul klubuna təklif olunub.
Mənbənin məlumatına görə, “Qalatasaray” yeni mövsüm üçün heyətini planlaşdırmağa davam edir və “Napoli” oyunçusu klubun hədəf siyahısına əlavə edilib. De Bruynenin “Napoli” klubu ilə müqaviləsi gələn yaya qədərdir.
View this post on Instagram
