27 yaşlı “Barselona” qapıçısı İnyaki Penya karyerasını Yunanıstan liqasında davam etdirəcək.
İdman.Biz bildirir ki, ispaniyalı qapıçı "Panatinaikos"a keçib. “Blaugrana”nın mətbuat xidməti onun Yunanıstan klubuna transferi ilə bağlı razılaşmanı rəsmi olaraq sosial media platforması X-də açıqlayıb.
Daha əvvəl jurnalist Fabrizio Romano "Barselona"nın qapıçı üçün 3 milyon avro alacağını bildirmişdi. Qapıçı ötən mövsümü “Elçe”də icarə əsasında keçirib. 2025/2026 mövsümündə La Liqada Penya 16 oyunda meydana çıxıb və 28 qol buraxıb.
Kataloniyalı gənclərdən ibarət komandanın yetirməsi 2022-ci ildən bəri əsas komandada 45 oyuna çıxıb. “Blaugrana”dakı son mövsümündə Penya 16 oyunda forma geyinib.
