Rafinyanın qohumu oyunçunun maliyyə problemləri ilə bağlı şayiələri təkzib edib

23 İyun 2026 08:17
97
Rafinyanın qohumu oyunçunun maliyyə problemləri ilə bağlı şayiələri təkzib edib

“Barselona”nın yarımmüdafiəçisi Rafinyanın qohumları Braziliya millisinin keçmiş oyunçusu Vampetanın açıqlamasına sərt reaksiya veriblər.

İdman.Biz xəbər verir ki, DÇ-2002-nin qalibi “Red Cast” podkastında çıxış edərək, hücumçunun ciddi ailə və maliyyə çətinlikləri yaşadığı barədə şayiələr yayıb. O, bildirirb ki, bu da Rafinyanı vəziyyəti düzəltmək üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olmağı düşünməyə vadar edib.

Vampeta “Barselona”ya yaxın insanlardan gələn məlumatlara istinad edib, lakin bunların 2025-ci il Klublararası Dünya Kuboku zamanı eşitdiyi qeyri-rəsmi şayiələr olduğunu etiraf edib.

“Rafinya maliyyə çətinlikləri ilə yanaşı, ciddi ailə problemləri yaşayır. O, “Əl-Hilal”a keçmək üçün dua edir və bu vəziyyəti aradan qaldırmağa çalışır. Bunlar ailə məsələləridir. Bu məlumat mənə “Barselona”dakı vəziyyətə yaxın insanlar vasitəsilə çatıb. O, ümid edir ki, “Əl-Hilal”la müqavilə bağlamaq ona vəziyyəti düzəltməyə imkan verəcə”, - Vampeta deyib.

Rafinyanın ailəsi bu iddiaları tez bir zamanda təkzib edib. Futbolçunun xalası oğlu İqor Padilya müsahibənin videosu altında sosial mediada Vampetaya müraciət edərək yalan məlumata görə cavab tələb edib.

“Bu yalanı izah etməli olacaqsan, dostum”, - deyə Padilya bildirib.

İdman.Biz