Nigeriyalı Yohanna "Brayton"la müqaviləsini razılaşdırıb

20 İyun 2026 01:45
98
Nigeriyalı Yohanna "Brayton"la müqaviləsini razılaşdırıb

18 yaşlı cinah oyunçusu Zeydok Yohanna “Brayton”la müqavilə imzalamağa razılaşıb.

İdman.Biz bildirir ki, müqavilə 2031-ci ilin iyun ayına qədərdir və şərtlər hələ açıqlanmayıb.

“Zeydokla işləməyi səbirsizliklə gözləyirəm. Onun oyununu və keyfiyyətlərini gördüyüm üçün deyə bilərəm ki, o, hücumun son mərhələlərində matçlara təsir göstərə biləcək bir oyunçudur.

O, hələ gəncdir və kluba və Premyer Liqaya uyğunlaşmaq üçün vaxta ehtiyac duyacaq, amma azarkeşlərimizin qiymətləndirəcəyini bildiyimiz yaradıcılıq səviyyəsini nümayiş etdirərək izləmək həyəcanvericidir.

O, dinamik, sürətlidir və rəqibləri məğlub etməyi sevir. Onun keyfiyyətləri və bacarıqları hücum seçimlərimizə əsl əlavə olacaq”, - deyə “Brayton”un baş məşqçisi Fabian Hürzeler klubun rəsmi saytında bildirib.

Yohanna İsveç AIK-ində keçirdiyi 2025/2026 mövsümündə futbolçu 18 matçda beş qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz