Amsterdamın “Ayaks” klubu “Monako”nun müdafiəçisi Kayo Enrikenin transferini fəal şəkildə davam etdirir.
İdman.Biz bu barədə Footmercato-ya istinadən məlumat verir.
Niderland klubu bu yay müqaviləni başa çatdırmağı hədəfləyir və bonuslar da daxil olmaqla, məbləğin 10 milyon avro olacağı gözlənilir. Braziliyanın “Flamenqo” klubu da vəziyyəti izləyir.
Keçən mövsüm Kayo Enrike bütün yarışlarda 34 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 12 milyon avrodur.
