İdman.Biz bu barədə “Daily Mirror” qəzetinə istinadən bildirir.
Mənbənin məlumatına görə, ingilis klubunun yeni baş məşqçisi Xabi Alonso müdafiəsini gücləndirməyə çalışır. Kosta hazırda mümkün transfer kimi nəzərdən keçirilir.
“Porto” hazırda Koştanı 60 milyon avro dəyərində qiymətləndirir, lakin qapıçı 2026-cı il dünya çempionatında yaxşı çıxış edərsə, bu rəqəm arta bilər.
Koşta ötən mövsüm 49 oyunda iştirak edib və 26 dəfə qapısını toxunulmaz saxlayıb. Transfermarkt-a görə, onun bazar dəyəri 40 milyon avrodur.
Xatırladaq ki, “Porto” 2025/26 mövsümündə Portuqaliya çempionluğunu vaxtından əvvəl qazanıb.
