“Napoli” ilə “Çelsi” müdafiəçisinin icarəsi barədə razılığa gəliblər

14 Avqust 2026 06:14
235
“Napoli” ilə “Çelsi” müdafiəçisinin icarəsi barədə razılığa gəliblər

"Napoli" müdafiəçi Benua Badiaşil üçün "Çelsi" ilə icarə şərtlərini razılaşdırıb.

İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.

İnsayderin məlumatına görə, İtaliya klubu oyunçunun icarəsi üçün "göylər"ə 3 milyon avro ödəyəcək.

Müqavilədə həmçinin 27 milyon avroluq satın alma bəndi də var.

2025/26-cı il İngiltərə Premyer Liqası mövsümündə 25 yaşlı Benoît Badiashile səkkiz oyunda iştirak edib. O, həmçinin Çempionlar Liqasının dörd oyununda iştirak edib, lakin qol vurmayıb. Onun "Çelsi" ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.

İdman.Biz