Ermənistan klubunun rüşvət təklifi təsdiqlənib

Xəbərlər
13 Yanvar 2024 12:55
2 506
Ermənistan klubunun rüşvət təklifi təsdiqlənib

Ermənistanın "Ararat" klubu SSRİ çempionatı zamanı rəqib komandaya rüşvət təklif edib.

İdman.biz xəbər verir ki, bunu Kiyev "Dinamo"sunun sabiq futbolçusu İvan Şariy təsdiqləyib.

66 yaşlı veteran İrəvandakı qarşılaşmanı xatırlayıb: "Mən də orada idim. Son turda İrəvanda bizə yalvarırdılar ki, tam gücümüzlə oynamayaq. "Ararat" bizə qalib gəlsəydi, güclülər dəstəsində qalacaqdı. Bizə bir kisə pul verirdilər. Amma "Dinamo" bu təklifi rədd etdi. Valeri Lobanovski onlara sərt şəkildə imtina etməklə oyuna əsas heyət buraxdı. Görüşdən öncə də, sonra da vəziyyət gərgin idi. Biz 2:0 hesabı ilə qalib gəldik. İkinci hissədə Buryak və Troşkin hərəyə bir qol vurdu. Matçdan sonra soyunub-geyinmə otağında gizlənirdik. Tribunalardan bizə kənar əşyalar atırdllar. Meydanda bizə qədər gəlib çatmasa da, soyunub-geyinmə otağına gedəndə belə şeylər olurdu".

Qeyd edək ki, 1977-ci ildə "Dinamo" SSRİ çempionu olub. "Ararat" isə enmə zonasından bir xal uzaqlaşaraq 11-ci olub. Ermənilər son turdan 4 gün sonra keçirilən təxirə salınan matçda Moskva "Torpedo"su ilə 1:1 hesablı səfər heç-heçəsi sayəsində güclülər dəstəsində qalıb.

İdman.biz