“Barselona” üç futbolçu ilə yeni müqavilə hazırlayır

4 Oktyabr 2026 21:38
86
“Barselona” üç futbolçu ilə yeni müqavilə hazırlayır

İspaniyanın “Barselona” futbol komandası üç futbolçusu ilə müqavilənin müddətini uzatmaq üzərində işləyir.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi müdafiəçi Xavi Espart, yarımmüdafiəçi Mark Bernal və cinah oyunçusu Rafinya Diasla yeni müqavilə imzalamağı planlaşdırır .

Məlumata görə, hər üç futbolçu “Barselona”da karyerasını davam etdirməyə və yeni sözləşməyə imza atmağa hazırdır.

“Barselona” İspaniya çempionatının cari mövsümünə uğurlu başlayıb. Hans-Diter Flikin komandası ardıcıl yeddi qələbə qazanıb və bu oyunlarda 31 qol vurub.

İdman.Biz