Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” növbəti transferini rəsmiləşdirib.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi “Almeriya”dan Bruno Lanqanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, 5 nömrəli formanı geyinəcək.
29 yaşlı mozambikli sol cinah müdafiəçisi 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında Portuqaliyanın “Eştrela” klubunda keçirib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Qarabağ” Lanqadan əvvəl Zakaria Savo, Jali Muaddib və Samuel Lobatonu heyətinə qatıb.
