Avropa Liqası: “Beşiktaş” səfərdə qələbə qazanıb

6 Avqust 2026 23:55
81
Avropa Liqası: “Beşiktaş” səfərdə qələbə qazanıb

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

İdman.Biz bildirir ki, Türkiyənin “Beşiktaş” klubu Çexiyanın “Qradets-Kralove” komandasının qonağı olub.

Matç 1:0 hesabı ilə İstanbul nəhənginin xeyrinə bitib.

Yeganə qolu 80-ci dəqiqədə Semih Kılıcsoy vurub.

71-ci dəqiqədə Bassalia Uattaranın meydandan qovulmasından sonra “Beşiktaş” 10 nəfərlə qalıb.

Komandalar bir həftədən sonra İstanbulda yenidən qarşılaşacaqlar.

İdman.Biz