“Monako” yoldaşlıq oyununda “Xetafe”ni məğlub edib

7 Avqust 2026 00:34
664
“Monako” yoldaşlıq oyununda “Xetafe”ni məğlub edib

Fransanın “Monako” və İspaniyanın “Xetafe” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç Monakodakı “Stade Louis II” stadionunda oynanılıb. Ev sahibi komanda 1:0 hesabı ilə qalib gəlib.

“Monako” hücumçusu Paris Brunner 65-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək oyunun yeganə qolunu vurub. 78-ci dəqiqədə “Monako” on nəfərlə qalıb. Müdafiəçi Kristian Mavissa qırmızı vərəqə alıb.

“Monako” 2025/2026 Liqa 1 mövsümünü 34 matçda 54 xalla yeddinci yerdə başa vurub.

"Xetafe" İspaniya liqasında 38 oyunda 51 xal toplayaraq yeddinci yeri tutub.

İdman.Biz