“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün 100 milyon funt sterlinqdən (116 milyon avro) çox sərmayə qoymağa hazırdır.
İdman.Biz bu barədə “The Sun” qəzetinə istinadən məlumat verir.
İngilis klubunun potensial hədəfləri arasında Karlos Baleba (Brayton), Aleks Skott (Bornmut) və Mateuş Fernandeş (Vest Hem) var. “Mançester Yunayted” rəhbərliyi bu oyunçuları yeni mövsümdən əvvəl potensial yarımmüdafiə gücləndiriciləri kimi nəzərdən keçirir. Lakin klub üç namizəddən yalnız ikisini transfer etməyə hazırdır.
Ötən mövsüm “Mançester Yunayted” 38 matçdan 71 xal toplayaraq İngiltərə Premyer Liqasında üçüncü yeri tutmuşdu.
