İtaliyalı məşqçi Roberto Mançini Qətərin “Əl Sədd” klubundan ayrılıb.
İdman.Biz bildirir ki, bu barədə xəbər komandanın sosial media səhifəsində yayılıb.
“Qısa, lakin mənalı bir dövr, çox gözəl xatirələrlə dolu bir dövr. Təşəkkür edirəm, Roberto Mançini, ümid edirik ki, bir gün bu hekayə davam edəcək. Yolunuzun növbəti mərhələsində uğurlar, yenidən görüşənədək!”, - deyə Qətər klubunun açıqlamasında bildirilir.
Mançini 2025-ci ilin noyabr ayında “Əl Sədd”in rəhbərliyinə keçib və komandanı ötən mövsüm çempionluğa aparıb. Onun karyerasında, bir neçə klubla yanaşı, onun rəhbərliyi altında 2020-ci il Avropa Çempionatını qazanan İtaliya millisi də yer alır.
