Salahın agenti futbolçunun gələcəyi ilə bağlı şərh verməkdən çəkinib

12 İyun 2026 23:17
95
Salahın agenti futbolçunun gələcəyi ilə bağlı şərh verməkdən çəkinib

“Liverpul”un hücumçusu Məhəmməd Salahı təmsil edən agent Rami Abbas oyunçunun mümkün gələcəyi ilə bağlı şayiələrə açıq şəkildə münasibət bildirməkdən çəkindiyini bildirib.

İdman.Biz xəbər verir ki, Məhəmməd Salah 2017-ci ildən bəri mersisaydlılarda oynayırdı. Bu müddət ərzində o, klub üçün 442 matçda 257 qol vurub və 123 məhsuldar ötürmə edib.

“Məhəmməd tamamilə yaxşıdır. Nə o, nə də mən ən vacib planlarımızı birbaşa əlaqəsi olmayan insanlarla müzakirə etmək istəmirik. Hər ikimiz bütün məlumatları özümüzdə saxlayırıq. Bəli, insanların sual vermək və standart, nəzakətli cavablar almaq hüququ var, amma vəssalam”, - deyə Abbas sosial media platforması X-də paylaşım edib.

İdman.Biz