İngiltərə və Kosta Rika arasında yoldaşlıq matçının vaxtı dəyişdirilib

10 İyun 2026 23:19
146
İngiltərə və Kosta Rika arasında yoldaşlıq matçının vaxtı dəyişdirilib

İngiltərə və Kosta Rika arasında keçiriləcək yoldaşlıq oyununun vaxtı dəyişib.

İdman.Biz bildirir ki, oyunun başlaması ABŞ-ın Orlando şəhərindəki hava şəraitinə görə təxirə salınıb.

Oyun ABŞ-ın Orlando şəhərindəki “Exploria” stadionunda keçirilməlidir. Daha öncə hakimin fitinin Bakı vaxtı ilə saat 00:00-da çalınması planlaşdırılırdı.

İngiltərə milli komandası DÇ-2026-da iştirak edəcək. Turnirdə İngiltərə Xorvatiya, Qana və Panama ilə L qrupunda oynayacaq. Kosta Rika dünya çempionatına vəsiqə qazana bilməyib.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz