Tramp DÇ-2026 ilə bağlı: “Ölkəyə düzgün insanların gəlməsini təmin etmək istəyirik”

11 İyun 2026 00:27
122
Tramp DÇ-2026 ilə bağlı: “Ölkəyə düzgün insanların gəlməsini təmin etmək istəyirik”

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çemppionatından əvvəl müəyyən şəxslərin ölkəyə girişinə icazə verilməməsi barədə danışıb.

İdman.Biz bildirir ki, daha əvvəl turnirdə oyunları idarə etməli olan somalili hakim Ömər Əbdülqədir Artanın ABŞ-a girişinə icazə verilməyib.

“USA Today” qəzeti Trampdan sitat gətirib: “Ölkəmizə düzgün insanların gəlməsini təmin etmək üçün səylə çalışırıq”.

Artan ölkəsindən final turnirinin hakim siyahısına daxil edilən ilk hakimdir. 2025-ci ildə o, Afrika Futbol Konfederasiyası tərəfindən qitənin ən yaxşı hakimi seçilib.

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz