“Real” “Atletiko”ya Alvares üçün 150 milyon avro təklif edib

9 İyun 2026 22:18
115
“Real” “Atletiko”ya Alvares üçün 150 milyon avro təklif edib

“Real Madrid” rəsmi saytında hücumçu Xulian Alvares üçün “Atletiko Madrid”ə 150 milyon avro təklif etdiyini açıqlayıb.

İdman.Biz bildirir ki, ötən həftə “Real Madrid”in prezidenti Florentino Peres çərşənbə axşamı, 9 iyun tarixində adı açıqlanmayan bir oyunçu üçün 150 milyon avro təklif edəcəyini elan etmişdi.

“Real Madrid” bugünkü idarə heyətinin iclasından sonra Xulian Alvaresin hüquqları üçün “Atletiko Madrid”ə 150 milyon avro təklif etdiyini açıqlayır.

İki klub arasındakı yaxşı münasibətlər çərçivəsində edilən təklifi araşdırıb qiymətləndirdikdən sonra “Atletiko Madrid” təşəkkür edərək oyunçunun sərbəst buraxılma bəndini əsas gətirərək onu rədd etdi”, - deyə "Real Madrid”in açıqlamasında bildirilib.

Alvaresin sərbəst buraxılma bəndi 500 milyon avrodur.

İdman.Biz