“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir k, Turin təmsilçisi “Tottenhem”in yarımmüdafiəçisi Pape Matar Sarrı transfer edib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 23 yaşlı futbolçu bir il müddətinə icarəyə götürülüb. Müqavilədə Sarrın 30 milyon avroya transfer hüququnun alınması ilə bağlı bənd də yer alıb.
Qeyd edək ki, Seneqal millisinin üzvü 2021-ci ildə “Metz”dən 17 milyon avro qarşılığında “Tottenhem”ə keçib.
