Messi gedir, Argentina millisində yeni kapitan və “10” nömrə məsələsi gündəmdə

2 Sentyabr 2026 03:51
98
Messi gedir, Argentina millisində yeni kapitan və “10” nömrə məsələsi gündəmdə

Lionel Messinin Argentina millisindəki karyerasını başa vurması yığmada bir sıra dəyişiklikləri gündəmə gətirib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Lionel Skaloni yeni kapitan kimi “Atletiko”nun müdafiəçisi Kristian Romeronu seçib.

39 yaşlı ulduz futbolçu avqustun 31-də Argentina millisindən ayrıldığını açıqlayıb. Bununla da komandanın yeni kapitanının və uzun illər Messinin daşıdığı “10” nömrəli formanın sahibinin kim olacağı müzakirə mövzusuna çevrilib.

Messidən sonra “10” nömrəli formanı geyinəcək futbolçu ilə bağlı isə Nikolas Paz, Aleksis Mak Allister, Enzo Fernandes və Tiaqo Almadanın adları hallanır. Bu futbolçular arasında seçim edilə bilər.

Argentinada Messiyə ehtiram əlaməti olaraq “10” nömrəli formanın dövriyyədən çıxarılması təklifi də irəli sürülüb. Lakin FİFA qaydaları buna imkan vermir. FİFA-nın rəsmi turnir qaydalarına əsasən, milli komandalar sifariş ərizəsindəki futbolçuları 1-dən 23-ə (və ya 26-ya) qədər ardıcıl nömrələməli olduqları üçün 10 nömrəli formanın tamamilə ləğv edilməsinə icazə verilmir.

Argentina Futbol Assosiasiyası 2001-ci ildə Dieqo Maradonanın şərəfinə “10” nömrəni istifadədən çıxarmaq istəyib.

İdman.Biz