“Çelsi”nin qapıçısı “Komo”ya keçdi

2 Sentyabr 2026 01:17
39
“Çelsi”nin qapıçısı “Komo”ya keçdi

İngiltərənin “Çelsi” futbol klubunun qapıçısı Robert Sançes “Komo”ya icarəyə verilib.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, 28 yaşlı ispan qolkiper 2026/27 mövsümünün sonuna qədər İtaliya klubunda çıxış edəcək. Sançes əsas heyətdəki yerini Emiliano Martinesə uduzduqdan sonra London təmsilçisini tərk edib.

O, Premyer Liqanın ilk turunda “Fulhem”ə qarşı keçirilən və “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə başa çatan oyunda start heyətində yer alıb. Lakin həmin matçda Coş Kinqin yaxın küncə vurduğu zərbəsini saxlaya bilməməsi də daxil olmaqla bir sıra səhvlərə yol verib.

Bundan sonra “Çelsi” Argentina millisinin qapıçısı Emiliano Martinesi “Aston Villa”dan transfer edib. Martines növbəti turda “Brayton”la 4:3 hesablı oyunda qapını qoruyub, Sançes isə matçın iştirak ərizəsinə daxil edilməyib.

Sançes 2023-cü ildə “Brayton”dan “Çelsi”yə keçib. O, London klubunun heyətində 112 oyuna çıxıb, UEFA Konfrans Liqasını və Klublararası dünya çempionatını qazanıb.

Qeyd edək ki, “Komo”ya sabiq “Çelsi” və İspaniya millisinin yarımmüdafiəçisi Sesk Fabreqas rəhbərlik edir. İtaliya klubunun icarə müddəti başa çatdıqdan sonra Sançesi almaq hüququnun olduğu bildirilir.

İdman.Biz