Cek Qriliş yenə “Everton”da oynayacaq

2 Sentyabr 2026 02:48
81
Cek Qriliş yenə “Everton”da oynayacaq

İngiltərə millisinin futbolçusu Çek Qriliş bu mövsum də "Everton"da oynayacaq.

İdman.Biz xəbər verir ki, 30 yaşlı hücumçu "Mançester Siti"dən Liverpul klubuna 2026/27 mövsümünün sonuna qədər icarəyə verilib.

Qriliş ötən mövsüm də "Everton"da icarə əsasında çıxış edib. Komandanın heyətində İngiltərə Premyer Liqasının 20 oyununa çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. O, fevral ayında ayağından zədə aldığı üçün mövsümü vaxtından əvvəl başa vurub.

Futbolçunun reabilitasiya prosesini tamamladığı və yenidən meydana çıxmağa hazır olduğu bildirilib.

"Bu, möhtəşəmdir. Xoşbəxtəm. Düşünürəm ki, özümü yalnız futbolda deyil, həyatın bütün sahələrində ən yaxşı tərəfdən göstərirəm. Özümü sevilmiş hiss edəndə belə olur. Məhz bunu məşqçi, komanda yoldaşlarım və xüsusilə azarkeşlər mənə verdilər", – deyə Qriliş bildirib.

İdman.Biz