İngiltərənin “Çelsi” futbol klubu 25 yaşlı cinah hücumçusu Mixail Mudrikin “Tottenhem”ə icarəyə verildiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Daha əvvəl insayder Fabrizio Romano tərəflər arasındakı razılaşmada futbolçunun 75 milyon funt sterlinqə satınalma bəndinin yer aldığını bildirib.
Qeyd edək ki, Mudrikin orqanizmində 2024-cü ilin dekabrında meldonium adlı qadağan olunmuş maddə aşkarlanmışdı. Diskvalifikasiyası ləğv edildikdən sonra ukraynalı futbolçu “Çelsi”nin heyətində 3 yoldaşlıq oyununda meydana çıxıb.
