İran futbol millisi Dünya Çempionatı üçün Meksikaya çatdıqdan sonra ilk məşqini Tixuanada yerləşdiyi otelin hovuzu kənarında keçirib.
İdman.Biz xəbər verir ki, İran yığması turnirə hazırlıq prosesini Meksikada davam etdirir. Komanda əvvəlcə ABŞ-ın Arizona ştatında məskunlaşmalı idi, lakin viza məsələlərinə görə hazırlıq bazası Tixuanaya köçürülüb.
İran millisi qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə qarşılaşacaq. Komandanın ilk oyunu 15 iyunda Los-Ancelesdə Yeni Zelandiyaya qarşı olacaq.
