İspaniyanın “Real” futbol klubu Kilian Mbappenin Fransa millisindəki vəziyyətindən narazı qalıb.
İdman.Biz “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin tibbi heyəti futbolçunun milli komandanın düşərgəsinə əvvəlki zədəsinin olduğu sol diz nahiyəsində yüngül ağrı ilə yollandığını Fransa yığmasının həkimlərinə əvvəlcədən çatdırıb. Klub Mbappe ilə maksimum ehtiyatlı davranılmasını istəyib.
Mənbənin məlumatına görə, “Real” rəhbərliyi hücumçunun Türkiyə ilə UEFA Millətlər Liqasının oyununda dincəldiləcəyinə ümid edib. Buna baxmayaraq, baş məşqçi Zinəddin Zidan onu start heyətində meydana buraxıb.
Mbappe Türkiyə ilə qarşılaşmada qələbə qolunu vurduqdan sonra sol dizindən zədələnib və 58-ci dəqiqədə Dezire Due ilə əvəzlənib. Fransa matçı 1:0 hesabı ilə qazanıb.
İlkin müayinələr çarpaz bağların qopması ehtimalını aradan qaldırıb. “Real” futbolçuda sol dizin hiperekstensiyası olduğunu açıqlayıb. Mbappe əlavə müayinələrdən keçmək üçün Madridə qayıdıb və Fransa millisinin qarşıdakı üç oyununu buraxacaq.
