“Bavariya”nın rəhbərləri Uli Höness, Karl-Hayns Rummenigge, Herbert Hayner, Yan-Kristian Drizen, eləcə də idman direktorları Maks Eberl və Kristof Froynd yekdilliklə cinah oyunçusu Maykl Olisenin satılmaması ilə bağlı razılığa gəliblər.
İdman.Biz bu barədə “Bild”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, alman nəhənginin rəhbərliyi fransız cinah oyunçusunu klubda saxlamaq niyyətindədir.
Xatırladaq ki, “Real Madrid”in prezidenti Florentino Peres daha əvvəl gələn çərşənbə axşamı adı açıqlanmayan oyunçu üçün 150 milyon avro təklif edəcəyini açıqlamışdı. Daha sonra AS nəşri “Real Madrid” prezidentinin deyilənin həmin oyunçu olmadığını vurğulamasına baxmayaraq, sözügedən futbolçunun Olise olduğunu bildirmişdi.
