Hücumçu Markus Reşford və qapıçı Andre Onana ötən mövsüm komandada bir dəqiqə də olsun oynamasalar da, "Mançester Yunayted"də maaşları artııb.
İdman.Biz-in "The Telegraph"a istinadən verdiyi məlumata görə, hər iki oyunçunun maaşları "Mançester Yunayted"in 2025/26 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanması səbəbindən 25% artıb.
Reşford ötən mövsümün hamısını "Barselona"da icarə əsasında keçirib, Onana isə Türkiyənin "Trabzonspor" komandasında oynayıb. Maaş artımından sonra ingilis hücumçunun maaşı ildə 18 milyon avronu keçib.
Mənbəyə görə, xərclərin belə əhəmiyyətli dərəcədə artması "Mançester Yunayted"in transfer bazarındakı fəaliyyətini çətinləşdirir.
Klub rəhbərliyi artıq bonus sistemini dəyişdirib. İndi yalnız mövsüm oyunlarının 60%-dən çoxunda oynamış oyunçular komandanın Çempionlar Liqasına vəsiqə qazanması ilə maaş artımına sahib ola bilərlər. Məhz buna görə də yeni hücumçu Coşua Zirkzee oxşar artıma vəsiqə qazana bilməyib. Reşford və Onananın müqavilələri bu dəyişikliklər tətbiq olunmazdan əvvəl imzalanmışdı.
