"Real Madrid" "Mançester Siti"dən Rodrini transfer edə bilmədikdən sonra cari yay transfer pəncərəsində yeni mərkəz yarımmüdafiəçisi ilə müqavilə imzalamaq planında deyil.
İdman.Biz-in COPE-yə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi hazırkı heyətinin bu mövqe üçün kifayət qədər olduğunu düşünür və alternativ axtarmaq niyyətində deyil.
Mənbənin məlumatına əsasən, baş məşqçi Joze Mourinyo mərkəz yarımmüdafiəçisi rolunda yeni transfer Bernardo Silvanı istifadə etməyə ümid edir. Portuqaliyalı yarımmüdafiəçi bu yay "Mançester Siti"dən "Real Madrid"ə keçib.
Daha əvvəl media orqanları Rodrinin "Barselona"ya keçməyi seçdiyini və maraqlı tərəfləri qərarı ilə bağlı məlumatlandırdığını bildirmişdi.
