“Kristal Palas” yoldaşlıq oyununda “Fulhem”i məğlub edib

8 Avqust 2026 00:18
94
“Kristal Palas” yoldaşlıq oyununda “Fulhem”i məğlub edib

İngiltərənin “Fulhem” və “Kristal Palas” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, “qartallar” 2:1 hesabı ilə qələbə qazanıblar.

“Fulhem”in müdafiəçisi Entoni Robinson oyunun üçüncü dəqiqəsində hesabı açıb. “Kristal Palas”ın seneqallı yarımmüdafiəçisi İsmaila Sarr 33-cü dəqiqədə bərabərlik qolunu vurub. “Kristal Palas”ın yarımmüdafiəçisi Mateus Fransa 47-ci dəqiqədə komandasının qələbə qolunu vurub.

Ötən mövsüm “Kristal Palas” İngiltərə Premyer Liqasında 45 xalla 15-ci yeri tutub. Onlar həmçinin Konfrans Liqasının qalibi olublar. “Fulhem” isə 52 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.

İdman.Biz