“Milan” İtaliya çempionu ilə müqaviləni ləğv edib

8 Avqust 2026 01:31
87
“Milan” İtaliya çempionu ilə müqaviləni ləğv edib

İtaliyanın "Milan" klubu əlcəzairli yarımmüdafiəçi İsmael Bennaser ilə müqaviləsinin ləğv olunduğunu rəsmən elan edib.

İdman.Biz-in məlumatına görə, tərəfdaşlığa son qoymaq qərarı qarşılıqlı razılıq əsasında verilib.

İtaliya mediasının məlumatına görə, Bennaserin növbəti klubu Qətərin "Əl-Qarafa" komandası olacaq. Oyunçunun yeni komandası ilə azad agent kimi müqavilə imzalaması gözlənilir.

Əlcəzairli yarımmüdafiəçi ötən mövsümü icarə əsasında Zaqreb "Dinamo"sunda keçirib. Bennaser 2019-cu ilin yayından "Milan"da çıxış edir və klubun 2021/22 mövsümündə A Seriyası titulunu qazanmasına kömək edib. Onun "rossonerilər"lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz