Aslaninin “Hoffenhaym”dan “RB Leypsiq”ə transferi alınmayıb

8 Avqust 2026 03:19
109
Aslaninin “Hoffenhaym”dan “RB Leypsiq”ə transferi alınmayıb

"Hoffenhaym"ın hücumçusu Fisnik Aslani bu yay "RB Leypsiq"ə qoşulmayacaq.

İdman.Biz bildirir ki, "göy-ağlar" bu barədə rəsmi X sosial media səhifələrində məlumat veriblər.

"Hoffenhaym" və "RB Leypsiq" daha əvvəl Fisnik Aslani transferini müzakirə ediblər. Bu transfer “RB Leypsiq”in oyunçunun tibbi müayinəsi ilə bağlı narahatlığı səbəbindən baş tutmayacaq", - "göy-ağlar" açıqlama veriblər.

Fisnik Aslani Berlinin "Dinamo" və "Union" klublarının yetirməsidir. O, 2020-ci ildən "Hoffenhaym"da çıxış edir və həmçinin "Avstriya Vyana" və "Elversberq"də icarə əsasında oynayıb. Hücumçu həmçinin Kosovo millisini də təmsil edir.

İdman.Biz