Hücumçu Donyell Malen “Roma”ya daimi olaraq keçməsinin səbəblərindən danışıb.
İdman.Biz bildirir ki, niderlandlı futbolçu 2026-cı ilin yanvar ayından bəri “Aston Villa”dan icarə əsasında İtaliya klubunda oynayırdı. Mövsümdən sonra “Vulverhempton” hücumçunun transferini elan edib.
“Əlbəttə ki, “Roma”nın statusu da rol oynadı, eyni zamanda klubun və məşqçimizin ambisiyaları da. Onunla danışdıqdan sonra dərhal özümü lazımlı və layihənin mərkəzində hiss etdim”, - Donyell deyib.
Ötən mövsüm Malen İtaliya A Seriyasında 18 oyun keçirib, 14 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
