İngiltərənin “Nyukasl” futbol komandasının vingeri Entoni Qordon rəsmi olaraq “Barselona”ya keçidə yaxındır.
İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçu Kataloniya klubunda tibbi müayinədən keçmək üçün Barselonadadır. “Barselona” ilə “Nyukasl” arasında transferlə bağlı razılıq əldə olunub və keçidin dəyəri bonuslar daxil olmaqla 69,3 milyon funt (158,8 milyon AZN) təşkil edir.
Rəsmi açıqlama cümə günü və ya həftəsonu verilə bilər.

Qeyd edək ki, Qordon ötən mövsüm “Nyukasl”ın heyətində bütün turnirlərdə 17 qol vurub. O, Çempionlar Liqasında 12 oyuna 10 qolla yadda qalıb.
