“Sabah”ın futbolçusu Timoteuş Puxaç ailə həyatı qurub.
İdman.Biz bu barədə kluba istinadən xəbər verir.
“Futbolçumuz Timoteuş Puxaç ailə həyatı qurub. “Sabah” FK olaraq futbolçumuzu təbrik edir, ona xoşbəxt ailə həyatı arzulayırıq”, məlumatda bildirirlir.

Qeyd edək ki, bu günlərdə “Sabah” 27 yaşlı polşalı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Timoteuş Puxaç ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu mövsüm Bakı klubunun heyətində bütün turnirlərdə 33 oyunda 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
