Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Fransa Liqa 1 klubuna rəhbərlik edəcək.
İdman.Biz-in Footmercato-ya istinadən məlumatına görə, “Lill” italiyalı məşqçi ilə müqavilə imzalayıb.
Oğul Ançelotti müqaviləsini yeniləməkdən imtina edən Bruno Jenezionu əvəz edəcək.
Davide Ançelotti əvvəllər PSJ, “Real Madrid”, “Bavariya”, “Napoli”, “Everton”, yenidən “Real Madrid” və Braziliya milli komandasında məşqçilik edib. Onun əvvəlki yeganə məşqçilik təcrübəsi 2025-ci ilin iyulundan dekabrına qədər çalışdığı Braziliyanın “Botafoqo” komandasında olub.
2025/2026 mövsümünün sonunda "Lill" Liqa 1 turnir cədvəlində üçüncü yeri tutub. Komanda 2026/2027 UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
