Roy Kin Bruno Fernandeşlə mübahisəsi fonunda eşşək şəkli paylaşıb - FOTO

26 May 2026 19:47
143
Roy Kin Bruno Fernandeşlə mübahisəsi fonunda eşşək şəkli paylaşıb

“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin “qırmızı şeytanlar”ın kapitanı Bruno Fernandeşin şərhlərindən sonra sosial media hesabında eşşək və şirlərin şəklini paylaşıb.

İdman.Biz bildirir ki, Fernandeş “Nottingem Forest”lə oyundan sonra Kinin açıqlamalarını şər-böhtan adlandırıb.

Xatırladaq ki, oyundan sonra Kin bütün “Mançester Yunayted” komandasının Fernandesin bir mövsümdə Premyer Liqa rekordunu qırmasını görməkdə qərarlı olduğunu bildirmişdi. Kin həmçinin portuqaliyalı futbolçunun oyundan sonrakı müsahibəsini də tənqid etmişdi.

Fernandeş Kinlə bağlı suala cavab olaraq irlandiyalı oyunçunun yalan danışdığını vurğulayıb və vəziyyəti Kinlə müzakirə edə bilməsi üçün Solskyaerdən nömrəsini istədiyini söyləyib.

Bundan sonra Kin eşşək və şirlərin şəklini belə bir sitatla paylaşıb: “Həddindən artıq diqqət eşşəyin özünü şir hesab etməsinə səbəb olur”.

İdman.Biz