“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 38-ci turunun son oyununda “Atletik Bilbao”ya qol vurduqdan sonra komandanın baş məşqçisi Alvaro Arbeloanı qucaqlayıb.
İdman.Biz bildirir ki, matç 4:2 hesabı ilə “Real Madrid”in xeyrinə qurtarıb.

Xatırladaq ki, daha əvvəl oyunçu ilə məşqçi arasında münaqişə yaranmışdı.
“Ovyedo” ilə oyundan (2:0) sonra Mbappe jurnalistlərə müraciət edərək Arbeloa ona komandanın dördüncü hücumçusu olduğunu dediyi üçün meydana çıxmadığını söyləmişdi. Mətbuat konfransında ispan məşqçi hücumçunun iddialarını təkzib edərək Mbappenin komandanın dördüncü hücumçusu olduğunu heç vaxt demədiyini vurğulamışdı.
“Real Madrid” bu mövsüm İspaniya çempionatında ikinci yeri tutub. “Los Blancos” 86 xal toplayıb.
