İspaniya çempionatının 38-ci turunun “Valensiya” və “Barselona” arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Valensiyadakı “Mestalla” stadionunda baş tutub. Ev sahibi komandanın oyunçuları 3:1 hesablı qələbəni qeyd ediblər.
“Barselona”nın hücumçusu Robert Levandovski matçın ilk qolunu 61-ci dəqiqədə vurub. Yarımmüdafiəçi Xavi Gerra 66-cı dəqiqədə bərabərlik qolunu vurub, hücumçu Luis Rioxa isə 71-ci dəqiqədə ev sahiblərini irəli çıxarıb. 90+8-ci dəqiqədə “Valensiya”nın yarımmüdafiəçisi Qido Rodriges hesabı 3:1 edib.
38-ci turun “Real Madrid” və “Atletik Bilbao” arasında oyunu da başa çatıb. Oyun Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutdu. Ev sahibi komanda 4:2 hesablı qələbəni qeyd edib.
“Real Madrid”in hücumçusu Qonzalo Qarsiya matçın ilk qolunu 12-ci dəqiqədə vurub. Yarımmüdafiəçi Cud Bellingem 41-ci dəqiqədə 2Los Blancos”un üstünlüyünü ikiqat artırıb. Qonaq klubun hücumçusu Qorka Quruzeta 45+1-ci dəqiqədə fərqi azaldıb. “Real Madrid”in hücumçusu Kilian Mbappe 51-ci dəqiqədə “Atletik”in qapısına üçüncü qolu vurub, “Los Blancos”un hücumçusu Brahim Diaz isə 89-cu dəqiqədə hesabı artırıb. Qonaq klubun hücumçusu Urko İseta 90+1-ci dəqiqədə hesabı 4:2 edib.
Turun digər oyunları belə başa çatıb:
“Jirona” – “Elçe” – 1:1
“Selta” – “Sevilya” – 1:0
“Malyorka” – “Ovyedo” – 3:0
“Alaves” – “Rayo Valyekano” – 1:2
“Espanyol” – “Real Sosyedad” – 1:1
“Xetafe” – “Osasuna” – 1:0
“Betis” – “Levante” – 2:1
“Barselona” 38 oyunda 94 xal qazanaraq La Liqanın qalibi olub. “Real Madrid” 86 xalla ikincidir. “Atletiko Madrid” və “Vilyarreal” 69 xalla üçüncü-dördüncü yeri tuturlar. Onlar öz aralarına mayın 24-də çempionatın son oyununda qarşılaşacaqlar.
