“Bavariya” 21-ci dəfə Almaniya Kubokunu qazanıb

24 May 2026 01:48
146
“Bavariya” 21-ci dəfə Almaniya Kubokunu qazanıb

“Bavariya” 2025/26 Almaniya Kubokunun finalında Ştutqartı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, beləliklə, Münhen komandası 21-ci dəfə Almaniya Kubokunu qazanıb. Bu, rekorddur.

İkinci nəticəyə malik “Verder” Almaniya Kubokunu altı dəfə qazanıb.

“Bavariya” 2020-ci ildən bəri ilk dəfə Almaniya Kubokunu qazanıb. Komanda ardıcıl beş mövsüm yarımfinaldan əvvəl turnirdən kənarlaşdırılmışdı.

Kubokun ötənilki qalibi “Ştutqart”dır.

İdman.Biz