“Bavariya” “Ştutqart”ı darmadağın edərək Almaniya Kubokunu qazanıb - VİDEO

24 May 2026 00:03
173
“Bavariya” “Ştutqart”ı darmadağın edərək Almaniya Kubokunu qazanıb

Almaniya Kubokunun finalında “Bavariya” “Ştutqart”la qarşılaşıb.

İdman.Biz bildirir ki, Münhen komandası 3:0 hesabı ilə qalib gəlib. Matç Berlindəki “Olimpiastadion”da baş tutub.

55-ci dəqiqədə Harri Keyn hesabı açaraq Münhen komandasına üstünlük qazandırıb və 80-ci dəqiqədə ikinci qolunu vurub. 90+2-ci dəqiqədə Keyn penaltidən qol vuraraq het-trikini tamamlayıb.

“Ştutqart” ötənilki Almaniya Kubokunun qalibidir.

“Bavariya” bu il həm də Almaniya çempionudur.

İdman.Biz