“İlk gündən nə istədiyimizi bilirdik” - Ronaldu “Əl-Nəsr”in çempionluğu barədə

24 May 2026 00:24
138
“İlk gündən nə istədiyimizi bilirdik” - Ronaldu “Əl-Nəsr”in çempionluğu barədə

“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştianu Ronaldu sosial mediada komandanın çempionluq qələbəsinə həsr olunmuş bir mesaj paylaşıb.

İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” 86 xal qazanaraq birinci yeri tutub.

“Necə də gözəl bir mövsüm oldu. İlk gündən nə istədiyimizi və nəyin lazım olduğunu bilirdik. Hər məşqdə və hər matçda çalışdıq, mübarizə apardıq və əlimizdən gələni etdik. Bu, asan bir yol deyildi, amma birlikdə bunun öhdəsindən gəldik. Bizə inandığınız və hər addımda bizimlə olduğunuz üçün təşəkkür edirik”, - deyə Ronaldu paylaşımda bildirib.

İdman.Biz