“Liverpul”un cinah oyunçusu Məhəmməd Salah özünün X sosial media hesabında “Enfild”dən çəkilmiş fotosunu paylaşıb.
İdman.Biz bildirir ki, misirli futbolçu sonuncu dəfə mayın 24-də “qırmızılar”ın ev stadionunda Premyer Liqanın 38-ci turunda “Brentford”a qarşı oyunda meydana çıxa bilər.

“Liverpul”un hücumçusu daha əvvəl bud əzələsindən zədə almışdı və ola bilsin ki, “Brentford”la oyunda iştirak edə bilməyəcək.
Salah 2017-ci ildən “Liverpul”da oynayır. Bu müddət ərzində 33 yaşlı hücumçu bütün turnirlərdə 440 oyunda meydana çıxıb, 257 qol vurub və 122 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
