“Beşiktaş” Onanadan canını qurtarıb

Xəbərlər
8 Yanvar 2024 20:56
139
“Beşiktaş” Onanadan canını qurtarıb

“Beşiktaş” Jan Onana ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, kamerunlu futbolçu “Marsel”lə müqavilə imzalayıb.

Fransa klubu 24 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilənin şərtlərinə görə, “Marsel” Onananı transfer edə bilər. Yayda “Beşiktaş”a keçən yarımmüdafiəçi ona bəslənən ümidləri doğrultmayıb. O, Türkiyə Superliqasında 4 oyunda üst-üstə 17 dəqiqə forma geyinib. Klub rəhbərliyi zəif hazırlığı üzündən Janı əsas heyətdən uzaqlaşdırmışdı.

Qeyd edək ki, Onana yayda “Lans”dan 4 milyon avroya transfer edilmişdi.

İdman.biz

Məqalədə: