Vidal Mxitaryanı axmaq adlandırıb

Xəbərlər
8 Yanvar 2024 18:33
1 860
Vidal Mxitaryanı axmaq adlandırıb

İtaliyanın “İnter” klubunun sabiq yarımmüdafiəçisi Arturo Vidal “Milan”ın futbolçuları - Aleksis Sançes və Henrix Mxitaryan arasındakı qalmaqala münasibət bildirib.

İdman.biz “sport-express”ə istinadən xəbər verir ki, Mxitaryana axmaq deyə müraciət edən Vidal həmyerlisinin müdafiəsinə qalxıb.

Veteran futbolçu bildirib ki, çililiyə komandada az şans verilir, ona görə də "İnter"i tərk etməlidir: “Sançes, necə ola bilər ki, sənin yerinə hər dəfə axmaq Mxitaryan oynayır? Mən buna çox qəzəblənirəm. Sən gərək ora qayıtmamalıydın”.

Qeyd edək ki, "İnter" A Seriyasında turnir cədvəlinə 48 xalla başçılıq edir.

İdman.biz