Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası (CBF) ilə müqaviləsinin 2030-cu ilə qədər uzadılması barədə danışıb.
İdman.Biz bildirir ki, italiyalı məşqçi 2025-ci ilin may ayından bəri milli komandaya rəhbərlik edir.
“Mən Braziliyaya bir il əvvəl gəlmişəm. İlk andan futbolun bu ölkə üçün nə demək olduğunu başa düşdüm. Braziliya milli komandasını dünya futbolunun zirvəsinə qaytarmaq üçün bir il çalışdıq. Amma CBF və mən daha çox şey istəyirik. Daha çox qələbə, daha çox vaxt, daha çox iş. Əməkdaşlığımızı daha dörd il davam etdirəcəyimizi elan etməkdən məmnunuq. 2030-cu il dünya çempionatına qədər birlikdə çalışacağıq. CBF-ə etimadına görə təşəkkür etmək istəyirəm. Səmimi qarşılama və bütün sevginizə görə təşəkkür edirəm, Braziliya”, - Ançelotti CBF-nin rəsmi saytında bildirib.
