“Liverpul”un müdafiəçisi İbrahima Konate karyerasını İngiltərə Premyer Liqasının başqa bir klubunda davam etdirə bilər.
İdman.Biz-in “The Sun”a istinadən verdiyi məlumata görə, “Mançester Siti” fransız futbolçu ilə maraqlanır. Mənbənin məlumatına görə, “Siti” artıq oyunçunun “Liverpul”la müqaviləsini uzatmadığı təqdirdə onu gələn yay pulsuz transfer etmək imkanını araşdırıb.
Konate 2021-ci ildə “RB Leypsiq”dən “Liverpul”a 40 milyon avroya keçib. Onun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bu mövsüm 26 yaşlı fransız bütün yarışlarda 49 oyunda iştirak edib və iki qol vurub.
Transfermarkt-ın məlumatına görə, Konatenin bazar dəyəri 50 milyon avrodur.
