PSV, “Antverpen” və “Kopenhagen” - VİDEO

Xəbərlər
31 Avqust 2023 00:59
132
PSV, “Antverpen” və “Kopenhagen” - VİDEO

Çempionlar Liqası pley off-mərhələsinə başa çatıb.

İdman.biz xəbər verir ki, PSV böyükhesablı qələbə qazanıb.

Hollandiya təmsilçisi öz meydanında 5:1 hesabı ilə qalib gəlib. "Antverpen" isə ilk matçda olduğu kimi səfərdə AEK-dən güclü olub. "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" turnirin qrup mərhələsində oynamaq şansını qaçırıb. Polşalılar iki oyunuun nəticəsinə görə, "Kopenhagen"ə uduzublar.

Çempionlar Liqası

Pley-off, cavab oyunları

30 avqust

PSV (Hollandiya) - "Reyncers" (Şotlandiya) – 5:1

Qollar: Saibari, 35; 53. De Yonq, 66. Veerman, 78. Qoldson, 82 (öz qapısına) – Tavernier, 64.

İlk oyun – 2:2

AEK (Yunanıstan) – "Antverpen" (Belçika) – 1:2

Qollar: Arauxo, 90 – Kerk, 73. Balikvişa, 90+5.

İlk oyun – 0:1

"Kopenhagen" (Danimarka) – "Rakuv" (Polşa) – 1:1

Qollar: Vavro, 35 – Zvolinsi, 87.

İlk oyun – 1:0

İdman.biz