FİFA prezidenti Canni İnfantino 2031-ci ilə qədər vəzifəsində qalmağı planlaşdırır.
İdman.Biz bildirir ki, o, 2027-ci ildə Kanadanın Vankuver şəhərində keçirilən FİFA Konqresində yenidən seçilmək niyyətində olduğunu açıqlayıb.
İnfantino 2016-cı ildən bəri FİFA prezidenti vəzifəsində çalışır. Təşkilatın nizamnaməsi maksimum vəzifə müddətini üç dörd illik müddətlə məhdudlaşdırır. Lakin 2022-ci ildə FİFA Şurası İnfantinonun 2016-cı ildən 2019-cu ilə qədər prezident kimi ilk müddətini nəzərə almamaq qərarına gəlib.
Beləliklə, İnfantinonun dördüncü müddəti onun üçün üçüncü olacaq və qalib gələcəyi təqdirdə səlahiyyət müddətini 15 ilə qədər uzadıb. O, 2023-cü ildə keçirilən əvvəlki seçkilərdə yeganə namizəd olub.
